
Almaniyadan Azərbaycana deportasiya olunduqdan sonra həbs edilən siyasi fəal Ziya İbrahimov azadlığa buraxılıb.
Bu barədə Gununsesi.info-ya onun vəkili Elçin Sadıqov deyib.
Vəkilin sözlərinə görə, Ziya İbrahimova verilən ittiham məhkəmə qərarını icra etməməyə görə idi: “Bu gün Biləsuvar Rayon Məhkəməsi onun cinayət işinə xitam verdi və azadlığa buraxdı”.
İnsan hüquqları təşkilatları Ziya İbrahimovu siyasi məhbus kimi tanıyıb.
Mais
Gununsesi.info