Slovakiya səfiri diplomatların Cəbrayıl və Zəngilana səfərini əhəmiyyətli adlandırıb

  • Müəllif: Admin08
  • 31 Oktyabr 2025 20:10

Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov xarici diplomatların Cəbrayıl və Zəngilana səfərini maarifləndirici adlandırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, səfərdə iştirak edənlər regional inkişaf və bərpa layihələri (Şərqi Zəngəzurda – red.) haqqında dəyərli məlumatlar və həmçinin mövcud vəziyyət barədə məlumat əldə ediblər.

“Səmimi qonaqpərvərliyə və məlumatverici brifinqlərə görə minnətdarıq – regional inkişaf və bərpa haqqında vacib məlumatlar əldə etdik”, – səfir bildirib.

Gununsesi.info