Bakı şəhərinin Nobel prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində SOCAR-a məxsus avtomobil aşıb.
Maşının benzinlə dolu olduğu bildirilir.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və ərazidə təhlükəsizlik tədbirləri görülüb.
Qəzanın başvermə səbəbləri araşdırılır.
Elmar












