Şolzdan Ərdoğana cavab: Görüşəcəyik

  • By admin
  • 11 İyul 2023 17:34

Rəcəb Tayyib Ərdoğanın Avropa Birliyi (AB) açıqlamasında Almaniyanın Baş naziri Olaf Şolzdan cavab gəlib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki,  Şolz Ərdoğanla NATO Zirvəsində Türkiyə ilə AB arasındakı münasibətləri müzakirə edəcəklərini söyləyib.

Şolz Litvanın paytaxtı Vilnusda Avropa Birliyi ilə Türkiyə arasında münasibətləri nə cür inkişaf etdiməklə bağlı Avropa Şurasınıda qərar aldıqlarını bildirib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünün rəsmi Ankara tərəfindən təsdiqlənməsi üçün ölkəsinin Avropa Birliyinə qəbul edilməsi şərtini gətirmişdi.

 

Tərcümə: Arzu

Gununsesi.info