Son 24 saatda Pakistanda 2 min 164 nəfər koronavirusa yoluxub

  • By admin
  • 15 Noyabr 2020 11:27

Son gündə Pakistanda COVID-19-a 2 min 164 nəfər yoluxub və pandemiya dövründə yoluxmaların sayı 354 min 461-ə çatıb.

Gununsesi.info Pakistan mətbuatına istinadla xəbər verir ki, son sutkada koronavirus 17 nəfərin ölümünə səbəb olub. Bununla da bu xəstəlikdən dünyasını dəyişənlərin sayı 7 min 109-a çatıb.

Qeyd edilir ki, xəstəxanalarda 24 min 938 pasiyent var, onların 1316-sının vəziyyəti ağırdır.

Bildirilir ki, pandemiya müddətində 322 min 414 xəstə evə buraxılıb.

 

 

Gununsesi.info