Psixi sağlamlıq sahəsində vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə yeni tədbirlər təklif olunur.
Gununsesi.info – nun xəbərinə görə, təklifə əsasən, sosial şəbəkələr üzrə aparılan monitorinqlərin nəticələrinə uyğun olaraq, psixi sağlamlıq sahəsində yardım göstərmək hüququ olmayan şəxslərin internet və sosial şəbəkələr vasitəsilə seans və məsləhət xidmətləri təqdim etməsinin qarşısını almaq üçün xüsusi mexanizmlərin işlənib hazırlanması nəzərdə tutulur.
Bu tədbir psixi sağlamlıq xidmətlərinin keyfiyyətinin qorunmasına, vətəndaşların yanlış və təhlükəli məsləhətlərdən müdafiəsinə yönəlib.
Orxan











