“Sosial şəbəkələri ailə dəyərlərinə təhdid kimi qəbul edirlər” -Deputat Zahid Oruc

  • By admin
  • 22 Dekabr 2021 11:06

“Keçirilən sorğu nəticəsində ailələrin 64 faizi sosial şəbəkələri ailə dəyərlərinə təhdid kimi qəbul edir”.

Gununsesi.info xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc “Azərbaycanda mövcud ailə münasibətləri” ilə bağlı keçirilən tədbirdə deyib.

O qeyd edib ki, dövləti qorumaq ailəni qorumaqla mümkündür: “Güclü dövlət güclü ailədən doğur”.

Qeyd edək ki, sorğu Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Qarabağ, Quba-Xaçmaz, Aran və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonlarını əhatə edib, 2400 respondentin iştirakı ilə aparılıb.

Ümumiyyətlə, respondentlər bir qayda olaraq qadınların ən gec halda 27 yaşa qədər evlənməli olduğunu düşünürlər. 55.9% kişi respondent onunla eyni millətdən olan qadının başqa millətlərin nümayəndəsindən olan kişi ilə nikah bağlamasına pis baxır. Oxşar mənzərə fərqli dinlərdən olan şəxslərin nikahına dair də müşahidə edilib.Əhalinin olduqca az hissəsi (5%-dən az) abort və selektiv aborta müsbət baxır. Uşağın cinsinə görə selektiv abort olunmasına mütləq əksəriyyət (90%) mənfi baxır, bu məsələdə heç bir göstərici üzrə qruplararası fərq müşahidə edilməyib.

Gununsesi.info