Sumqayıt avtobusunda əlbəyaxa DAVA – Sürücü qadını avtobusdan çölə ATDI – VİDEO

Sumqayıt şəhərində sərnişindaşıma fəaliyyəti göstərən avtobuslardan birində sürücü ilə sərnişin arasında insident yaşanıb. 
Gununsesi.info  xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Sürücü ilə mübahisə edən qadın sərnişin onu nalayiq ifadələrlə təhqir edib.
Sürücü də öz növbəsində sərnişinə qarşlıqlı cavab verib. Sürücü avtobusu saxladıqdan sonra tərəflər arasındakı mübahisə əlbəyaxa davaya çevrilib.
Bu dəfə qadın sərnişin sükan arxasında olan sürücüyə hücum edib. Sürücü isə əsəbiləşərək qadını itələyib və avtobusun qapısından küçəyə atıb. Nəticədə qadın sərnişin xəsarət alıb.
Videogörüntünü təqdim edirik:

Gununsesi.info