Sumqayıtda yük maşını ərazidə təmizlik aparan şəxsi vurdu

  • By admin
  • 30 May 2021 13:25

Sumqayıtda yük maşını kişini vuraraq üstündən keçib.

Gununsesi.info-nun məlumatına görə, hadisə şəhərin Məhəmməd Əsədov küçəsində qeydə alınıb.

Ərazidə təmizlik işləri aparan kişini “KAMAZ” markalı yük avtomobili vuraraq üstündən keçib. O, hadisə yerindəcə dünyasını dəyişib. Onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info