Sumqayıtın bu ərazilərində qaz olmayacaq

  • Müəllif: Firuzə
  • 22 Dekabr 2025 12:37

Bu gün Sumqayıt şəhərinin bir hissəsində qaz olmayacaq.

Azəriqaz İB-dən Gununsesi.info -ya verilən məlumata görə, Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində D=89 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar 800 abonentin qaz təchizatı saat 12:30-dan etibarən müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir-bərpa işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.

Gununsesi.info