Sürücü sükan arxasında öldü, maşın aşdı

  • Müəllif: Firuzə
  • 28 İyul 2026 09:34

Biləsuvarda maşın kollektora aşıb.

Gununsesi.info xəbər verir ki, hadisə Aşağı Cürəli kəndində qeydə alınıb.

Hərəkətdə olan “Niva” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi kollektora düşüb.

1960-cı il təvəllüdlü Əlizadə Əliyev sükan arxasında ürək tutmasından vəfat edib, avtomobil bu səbəbdən idarəetmədən çıxıb.

Gununsesi.info