Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq

Bir sıra hallarda təhsilalan və əcnəbilərlə əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol veriləcək.

Gununsesi.info-nun məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Qanuna əsasən, aşağıdakı hallarda da əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol veriləcək:

təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda;

əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsi əsasında Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunduqda.

Gununsesi.info