Təbriz-Məşhəd sərnişin qatarı relsdən çıxdı

  • Müəllif: Firuzə
  • 11 İyun 2026 22:02

İranda Təbriz-Məşhəd sərnişin qatarı Miyanə şəhəri ərazisində relsdən çıxıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

“Təbriz-Məşhəd sərnişin qatarı Türkmənçay ərazisində (Vərzəqan yolu yaxınlığında) relsdən çıxıb”, – məlumatda bildirilib.

Qeyd olunub ki, hadisə ilə əlaqədar Miyanə Qızıl Aypara Cəmiyyətinin xilasetmə və əməliyyat qrupları dərhal hadisə yerinə yönləndirilib.

Ölən və xəsarət alanlar barədə məlumat açıqlanmayıb.

Gununsesi.info