Təhsil Nazirliyi döyüldüyü iddia edilən şagirdlə bağlı hərəkətə keçdi

  • By admin
  • 18 Mart 2021 13:58

Təhsil Nazirliyi Bakıda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində müəllimin şagirdi döyməsi ilə bağlı məsələyə münasibət bildirib.

Qurumdan Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirilib ki, iddia ilə bağlı araşdırma aparılır:

“Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, “Report”un yaydığı xəbərə görə, şagirdi döydüyü bildirilən 55 yaşlı Q.Qasımov adlı müəllimlə bağlı Nərimanov rayon 16-cı Polis Bölməsində araşdırmalara başlanılıb.

Gununsesi.info