Tacikistan XİN: Düşənbə Rusiya hakimiyyətindən belə məlumat almayıb

  • By admin
  • 23 Mart 2024 12:31

Moskva yaxınlığındakı “Crocus City Hall”da baş verən terror aktında Tacikistan vətəndaşlarının iştirakı ilə bağlı məlumatlar saxtadır, Düşənbə Rusiya hakimiyyətindən belə məlumat almayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin mətbuata geniş müraciətində deyilir.

“Vurğulayırıq ki, Tacikistan tərəfi Rusiyanın rəsmi orqanlarından hazırda Tacikistan vətəndaşlarının iştirakı ilə bağlı yayılan saxta məlumatın təsdiqini almayıb. Bununla əlaqədar, sizdən Rusiyanın dövlət orqanları tərəfindən yayılan rəsmi məlumatlara istinad etməyinizi xahiş edirik”, – nazirlik bildirib.

Nazirlik həmçinin qeyd edib ki, “təsdiqlənməmiş və etibarsız məlumatların yayılması hazırda ölkədən kənarda olan Tacikistan vətəndaşlarına zərər verə bilər”.

 

Gununsesi.info