
Martın 15-də Lommel şəhərində taekvondo üzrə açıq Belçika beynəlxalq turnirinə start verilib.
Gununsesi.info xəbər verir ki, yarışa ilk olaraq böyüklərdən ibarət Azərbaycan yığma komandasının üzvləri qoşulublar.
Milli təmsilçilərindən Bəhruz Quluzadə (54 kq) qızıl, Qaşim Maqomedov (63 kq) gümüş, Xıdır Məmmədov (54 kq), Səyyad Dadaşov (58 kq), Eltac Qafarov (87 kq) və Səmərrrux Osmanova (49 kq) bürünc medallara layiq görülüblər.