Taliban paytaxt Kabili də ələ keçirə bilər- ELXAN ŞAHİNOĞLU ƏFQANISTANDAKI DURUMU ŞƏRH EDİR

  • By admin
  • 14 Avqust 2021 12:25

ABŞ ordusunun Əfqanıstandan çıxmasıyla Taliban bu ölkəni ələ keçirməkdə davam edir.
Demək olar ki, hər yeni gün Taliban Əfqanlstanda yeni ərazilər ələ keçirir.
Gununsesi.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Əfqanıstanın mövcud durumunu şərh edib:

“Taliban hazırda şəhər və qəsəbələri ələ keçirir, əfqan ordusunun müqavimət gücünü qırır. Taliban güclü ideologiyası və dəmir nizamı hesabına Əfqanıstanda irəriləməkdə davam edir. Dünyanın supergücü Amerikanın Əfqanıstanda 20 illlik varlığı da Talibanın sonunu gətirmədi.
Buna baxmayaraq, Əfqanıstanın milli və coğrafi rəngarəngliyi Talibana ölkənin tamamını nəzarət altında saxlamağa imkan verməyəcək. Taliban paytaxt Kabili də ələ keçirə bilər. Ancaq müxtəşlif xalqlar və dağlardakı silahlı qruplar Talibana qarşı müqavimətlərini davam etdirəcəklər. Çünki, Taliban Əfqanıstana rahat və firavan həyat vəd etmir, feodal qaydalar və qətllər gətirir. Bununla barışmaq istəməyən güclər isə kifayət qədərdir. Müxtəlif dövlətlər Talibanla təmas qura bilərlər, ancaq bu qruplaşmanın zəifləməsi üçün kənardan planlarlar hazırlayanlar da az deyil.

Günay
Gununsesi.info