Tanınmış aktyor Ramin Hacıyev Azərbaycan Dəmir Yollarının (ADY) xidmətindən narazılığını ifadə edib.
Gununsesi.info xəbər verir ki, aktyor bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Ramin Hacıyev qatarlarda internet probleminin olduğunu bildirib.
O, ADY-yə müraciət edərək vaqonlarda nə mobil internetin, nə də sərnişinlərin öz internetindən istifadə imkanının olduğunu qeyd edib.
“Bir şey fikirləşin. Yoxsa elə bunu fikirləşə bilibsiz? Yekə adamsız, çöldə 21-ci əsrdir”, – deyə aktyor yazıb.
Onun paylaşımı sosial şəbəkədə müzakirələrə səbəb olub. Müzakirəyə qoşulanlar da ADY-nin xidmətlərindən, vaqonlarda internetin olmamasından şikayətləniblər.













