Tanınmış futbol klubunun baş məşqçisi istefa etdi

  • By admin
  • 07 Yanvar 2021 18:08

İtaliyanın “Parma” klubu baş məşqçisi Fabio Liverani ilə yollarını ayırıb.

Gununsesi.org klubun rəsmi saytına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis A Seriyasının XVI turunda “Atalanta”ya 0:3 hesabı ilə uduzduqları oyundan sonra istefa verib.

Qeyd edək ki, “Parma” A Seriyasında 12 xalla 17-ci pillədə qərarlaşıb. Fabio Liverani 2020-ci ilin avqustunda baş məşqçi təyin olunmuşdu.

Gununsesi.org