Tanınmış idmançıdan müharibəyə getməməsi barədə irada reaksiya- - ARAZ MUSAYEV DEYİR Kİ...

  • By admin
  • 13 Oktyabr 2020 13:56

 

“Mən hələ Tovuz hadisələri ərəfəsində könüllü olaraq müharibəyə getmək barədə müraciət etmişəm. Bunu aidiyyatı üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsində dəqiqləşdirə bilərsiniz. Sadəcə olaraq qanunvericiliyin tələblərinə görə müəyyən məhdudiyyətlər oldu, ona görə də məni müharibəyə aparmadılar”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında tanınmış idmançı Araz Musayev özü barədə saytımızda gedən məlumata münasibət bildirərkən söyləyib.
Qeyd edək ki, Gununsesi.info Araz Musayevin bir neçə il bundan əvvəl Suriyada gedən döyüşlərdə iştirak etmək üçün Türkiyə prezidenti Ərdoğana müraciət etməsi faktını xatırladaraq , onun Qarabağdakı döyüşə gedib-getməməsini araşdırıb.
Məlum olub ki, idmançımız müharibəyə getməsə də cəbhəyani ərazilərə könüllü olaraq yardım aparıb.

Əməkdaşımızla söhbətində Araz Musayev yenə də döyüşə getmək niyyətində olduğunu deyib:
“Ancaq bu gündə mən o niyyətimdə qalıram və bir daha sizin saytınız vasitəsi ilə bəyan edirəm ki, döyüşməyə hazıram”.

Günay Təhməzova

Gununsesi.info