Tanınmış vəkilin təşkilatı pulsuz hüquqi yardım kampaniyası başlayıb

“Hüquq və İnkişaf” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Bakı şəhərində və regionlarda həssas qruplara pulsuz hüquq xidmətlərinin təşkili” layihəsinin icrasına başlayıb.

Bu barədə Gununsesi.info-ya adıçəkilən qurumdan verilən məlukatda bildirilir.

Layihənin icrasının icrası üzrə Bakı şəhərində Hüquq Yardımı Mərkəzi (HYM) yaradılıb və bu Mərkəz tərəfindən 2 ay müddətində həssas qruplara hüquq xidmətləri göstəriləcək. Hüquq xidmətləri hüquq məsləhətlərinin verilməsi, qanunvericilik aktlarının və qaydaların izahı, dövlət orqanlarına ərizə və şikayətlərin hazırlanması, məhkəmələrə ərizələrin, idda ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin, habelə məhkəmə işi üzrə digər sənədlərin hazırlanması formalarında həyata keçirilir.

Layinənin icrasının növbəti ayından isə, Şirvan və Salyan şəhərlərində həssas qruplara daxil olan şəxslərin hüquqi yardım qəbulları keçiriləcək. Hüquqi yardım qəbullarında hüquq məsləhətləri veriləcək, sosial hüquqlar üzrə ayrı-ayrı hüquq normaları və qaydalar izah ediləcək, ərizə və şikayətlər hazırlanacaq.

Daha çox hüquqi yardım tələb edən işlər üzrə zəruri məlumatlar və sənədlərə toplanacaq və bu işlər üzrə Hüquq Yardımı Mərkəzində müvafiq sənədlər hazırlanaraq Ərizəçilərə göndəriləcək. Hər bir hüquqi yardım qəbulunda 15 nəfərin, ümumilikdə isə 30 nəfərin iştirakı nəzərdə tutulub. Hüquqi yardım qəbulu layihə rəhbəri və layihədə iştirak edəb hüquqşünas tərəfindən aparılacaq.

Bunlarla yanaşı, “Hüquqlarımızı bilək” adlı Feysbuk səhifəsində həssas sosial qruplara online hüquqi yardım xidmətləri göstərəilir və hüquqi maarifçiliyi işləri aparılır.

Hüquqi yardım xidmətləri hüquq məsləhətlərinin verilməsi və qanunvericilik aktlarının izahı, dövlət orqanlarına ərizə və şikayətlərin hazırlanması, məhkəmələrə idda ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin hazırlanması formalarında həyata keçirilir.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info