TBMM sədrindən Makrona sərt sözlər: “İslam düşmənliyi ən çirkin halı ilə ortaya çıxdı”

  • By admin
  • 25 Oktyabr 2020 20:37

Türkiyə parlamentinin sədri Mustafa Şəntop Fransa Prezidenti Emmanuel Makronun müsəlmanlarla bağlı fikirlərinə reaksiya göstərib.

Gununsesi.info bildirir ki, bu barədə TBMM sədri “Twitter” hesabında yazıb.

“Qərb dəyərləri maskasını çıxardan zaman Makron və bənzər siyasətçilərin ibtidai iqrçilikləri və İslam düşmənliyi ən çirkin halı ilə ortaya çıxıb. Tarix Makronu və bənzərlərini dövlətlərini yox olmağa sürükləyən fiqurlar kimi qeyd edəcək. Vəd haqdır: Batil məhv olacaq”, – deyə TBMM sədri bildirib.

 

Gununsesi.info