THY-nin Tehran-İstanbul reysi təxirə salınıb

  • By Admin2
  • 19 Noyabr 2024 10:59

Türk Hava Yolları (THY) İranın paytaxtı Tehrandan İstanbula qayıdan uçuşunu təxirə salıb.

Gununsesi.infoTürk mediasına istinadən xəbər verir ki, Tehranda əlverişsiz hava şəraiti nəqliyyatda fasilələrə səbəb olub.

Türk Hava Yolları ( THY ) Mətbuat Məsləhətçiliyindən verilən açıqlamaya görə, İstanbul-Tehran arasında səhər saatlarında TK 874 reysi Tehrandakı əlverişsiz hava şəraiti səbəbindən həyata keçirilə bilməyib.

THY də TK 875 nömrəli Tehran-İstanbul reyslərini ləğv edib.

Orxan Saffari

Gununsesi.info