Tibb işçilərindən kömək gözləyən qadın avtoparkda can verdi…

  • By admin
  • 02 May 2021 21:55

Günlərdir dünyanı dərindən sarsıdan görüntülərin yayımlandığı Hindistandan ürəkdağlayan yeni xəbərlər və görüntülər yayılıb.

Gununsesi.info Moderator.aza istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxan iki uşaq anası kömək gözlədiyi xəstəxananın avtoparkında nəfəssiz qalaraq can verib. Tibb işçilərinə yalvararaq kömək istəyən 35 yaşlı gənc qadın saatlarla avtoparkda gözləyib, ancaq xəstəxanada yer olmadığı üçün avtomobilində boğularaq həyatını itirib.

Hindli bir həkim isə paylaşdığı foto ilə səhiyyə işçilərinin nə vəziyyətdə olduğunu gözlər önünə sərib. Sözügedən həkimin qoruyucu geyimini çıxartdıqdan sonra köynəyinin tərdən tamamilə islandığı diqqət çəkib.

Gununsesi.info