Çempionlar Turu: Məmmədyarov – Aronyan görüşü başladı

  • By admin
  • 02 May 2021 21:58
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsinə bu gün yekun vurulacaq.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda görüşdə Levon Aronyanla (Ermənistan) yenidən üz-üzə gəlir. İlk oyun günündə heç-heçə qeydə alınıb – 2:2. Görüşlərin yarısı Məmmədyarovun, yarısı isə Aronyanın qələbəsi ilə başa çatıb.
Bugünkü 4 qarşılaşmanın ardından qalib bilinməsə, tay-brek oynanılacaq.
Çempionluq oyununda isə Karlsenlə Nakamura üz-üzə gələcək. İlk oyun günündə 4 görüşün yekununda dünya çempionu qalib gəlib – 3:1.
Çempionlar Turu: “New In Chess”
Final
21:00. Maqnus Karlsen (Norveç) – Hikaru Nakamura (ABŞ)
İlk oyun – 3:1
3-cü yer uğrunda görüş
21:00. Şəhriyar Məmmədyarov (Azərbaycan) – Levon Aronyan (Ermənistan)
İlk oyun – 2:2
Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirin qalibi 30 000 ABŞ dolları qazanacaq.
Gununsesi.info