Ramazan ayının əhya gecələri…

  • By admin
  • 02 May 2021 22:08

Mübarək Ramazan ayını yaşamaqdayıq.Musəlmanlar bu ayda oruc tutub, zəkat verər və əhya gecələrini oyaq qalaraq əməllərini qeyd edərlər.

Gununsesi.info xəbər verir ki, ehtimal edilən əhya (Qədr) gecələri Ramazan ayının 19, 21 və 23-ü gecələridir. 2021-ci ildə bu gecələr mayın 1-dən 2-nə, 3-dan 4-nə və 5-dən 6-na keçən gecələrdir.

Qeyd edək ki, əhli-sünnəyə görə Qədr gecəsi Ramazanın 27-ci gecəsidir. Bu il həmin gecə mayın 9-dan 10-na keçən gecəyə təsadüf edir.

Gununsesi.info