Tibet buzlaqlarında 28 naməlum virus tapıldı

  • By admin
  • 23 İyul 2021 10:36

Çinin cənub-qərbindəki Tibet Muxtar Bölgəsində alimlər yeni kəşfə imza atıblar.

Gununsesi.info xəbər verir ki, “Microbiomejournal”da qeyd edilir ki, Tibet Yaylasındakı Guliya buzlağından 2015-ci ildə götürülmüş nümunələr üzərində araşdırma aparılıb.

Təxminən 15 min ildir buzlaqlarda donmuş vəziyyətdə olan, 28-i bu günə qədər məlum olmayan 32 fərqli virusa aid genetik kodlar müəyyən edilib.

Onların yarısının əriyəndən sonra həyat qabiliyyətli olduğu ortaya çıxıb.

Qeyd edək ki, müasir iqlim şəraitində Tibet buzlaqları aktiv şəkildə əriyir.

Gununsesi.info