“Tik-Tok rahibəsi” çəkdiyi görüntülərinə görə döyüldü - VİDEO

  • Müəllif: admin
  • 25 Avqust 2020 09:39

Katolik rahibə geyimində rəqs edən rusiyalı bloqer Yana Leonova “axmaq videolarına” görə döyülüb.

Gununsesi.info bildirir ki, bu barədə “Lenta dna” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, naməlum gənc ona yaxınlaşıb və bir neçə dəfə onun üzünə vurub.

Qeyd edək ki, “Tik-tok rahibəsi” kimi tanınan bloqer dini inancları təhqir etdiyi iddia olunan paylaşımlarına görə dəfələrlə hədələrə məruz qalıb.

Bununla bağlı o, hətta hüquq-mühafizə orqanlarına müraciət edib.

Gununsesi.info