Top səslərini həbsxanada eşidəndə anladım ki, əsgərlərimiz gəlir – DİLQƏM ƏSGƏROV "GÜNÜNSƏSİ"NƏ DANIŞDI

  • By admin
  • 31 Dekabr 2020 12:39

6 il erməni əsirliyində qalan qondarma rejimin məhkəməsinin qərarı ilə məhkum olunan keçmiş döyüşçü, əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyev artıq evindədir.

Qeyd edək ki, ölkəyə qayıtsallar da 14 gün karantin müddəti keçən soydaşlarımız dünən evlərinə buraxılıb.
Bu gün hər iki vətəndaşımız mərhum prezident Heydər Əliyevin məzarını ziyarət ediblər.

Əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov Gununsesi.info əməkdaşının “Azərbaycan Ordusunun qələbəsini necə eşitdiniz” sualını belə cavablandırıb:

“Mən ermənilərə həmişə deyirdim ki, əsgər gələcək və Qarabağı alacaq. Döyüş vaxtı atılan top mərmilərinin səsi mənim qanunsuz saxlandığım həbsxanada eşidilirdi. Hətta Şuşa yaxınlığında gedən döyüşlərdə səsləri aydın duymaq olurdi. Erməni mayoru var idi orada. O, məndən soruşurdur ki, bu nədir nə baş verir? Mən də deyirdim ki, illərdir təkrarladığım söz var idi ha əsgər gələcək. Artıq Azərbaycan ordusu gəlir. Son günlər onların canına qorxu düşmüşdü. Çox qarşılqıq idi. Hətta bizə yeməyə çörək də vermirdilər. Heçnə yox idi.Bizi son günlər həbsxanadan çıxardıb Gorusa aparanda mənin əlim qolum bağlı idi, hətta gözümüzüdə bağlamışdılar. Mən parçanın arasından dağılmış körpünü gördüm. Sevincimin həddi-hüdudu yox idi. Bildim ki, bizim ordumuz lap yaxınlıqdadı. Təyyarə ilə gələndə mənə Kəlbəcərdə bəzi yerlər tanış gəldi. Mənim ən birinci işlərimdən biri doğma yurdumu ziyarət etmək olacaq”.

Turanə Tağızadə

Gununsesi.info