ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla dialoqda irəliləyiş olmazsa, Amerika komandanlığı İslam Respublikası ərazisinə xüsusi təyinatlı qüvvələrin basqını təşkil edə və ya ölkə limanlarının blokadasını davam etdirə bilər.
Gununsesi.info xəbər verir ki, Tramp bu açıqlamanı Financial Times qəzetinə verdiyi müsahibədə verib.
“Yəqin ki, əraziyə gedib ordumuzun hələ etmədiyi hər şeylə məşğul olacağıq”, – deyə Amerika lideri bildirib.
Siyasətçi qeyd edib ki, ABŞ ilə İran arasında mümkün razılaşma ilə bağlı danışıqlar davam edir və Amerika hakimiyyəti “bunun hara aparacağını görəcək”.
Maqsud












