Tramp Kanadanı 100 faiz tariflə hədələdi

  • Müəllif: Firuzə
  • 24 Yanvar 2026 19:42

ABŞ Prezidenti Donald Tramp Çinlə əməkdaşlığa görə Kanadanı 100 % tariflərlə hədələyib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında paylaşım edib.

Tramp Kanadanın Baş naziri Mark Karniyə bu razılaşmanın ölkəsini təhlükəyə atacağı barədə xəbərdarlıq edib.

“Çin Kanadanı diri-diri yeyəcək, tamamilə udacaq, o cümlədən onların biznesini, sosial quruluşunu və ümumi həyat tərzini məhv edəcək”, – deyə paylaşımda qeyd olunub.

Gununsesi.info