“Tramp proqramı” faktiki olaraq Zəngəzur dəhlizi layihəsi ilə eynidir” - Vilayəti

İranın ali rəhbərinin baş müşaviri Əli Əkbər Velayəti bildirib ki, Qafqaz üçün nəzərdə tutulan “Tramp proqramı” mahiyyət etibarilə Zəngəzur dəhlizi layihəsi ilə eynidir.

 

Gununsesi.info İranın IRNA xəbər agentliyinə istinadən xəbər verir ki, Vilayəti bu barədə Tehranda Ermənistanın səfiri Qriqor Hakobyan ilə görüş zamanı bildirib.

O qeyd edib ki, Tehran buna qəti şəkildə qarşıdır.

Vilayəti xatırladıb ki, İran əvvəldən Zəngəzur dəhlizinə qarşı olub, çünki Tehran regiondakı sərhədlərin istənilən dəyişdirilməsini rədd edir və öz ətraf təhlükəsizlik mühitinə təhdid yarada biləcək risklərdən ehtiyatlanır.

 

 

Gununsesi.info