Trampdan hantavirus açıqlaması

  • Müəllif: Firuzə
  • 09 May 2026 21:12

ABŞ Prezidenti Donald Tramp hantavirusla bağlı vəziyyətin “çox yaxşı nəzarətdə” olduğunu bəyan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Independent” nəşri məlumat yayıb.

“Görünür, vəziyyətə çox yaxşı nəzarət edirik”, – deyə dövlət başçısı bildirib. O əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatı bu virusu “çox yaxşı tanıyır”.

Donald Tramp vurğulayıb ki, hantavirus “COVID-19″dan fərqli olaraq asanlıqla yayılmır.

Xatırladaq ki, mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı Argentinadan Kabo-Verdeyə Atlantik okeanı üzərindən hərəkət edən Niderlandın “MV Hondius” kruiz laynerində hantavirusun yayılması ilə bağlı məlumat yayıb.

Məlumata görə, indiyədək doqquz yoluxma halı təsdiqlənib və onlardan üçü ölüm ilə nəticələnib./Oxu.az

Gununsesi.info