Trampın oğlu: “Dünya ABŞ-a gülür, söz azadlığı ölüdür”

  • By admin
  • 10 Yanvar 2021 10:52

ABŞ-ın hazırkı Prezidentinin oğlu – kiçik Donald Tramp ölkədəki söz azadlığının atasının tvitter hesabının həmişəlik bloklanmasından sonra öldüyünü deyib.

Gununsesi.info xəbər verir ki, bildirir ki, bu barədə o, tvitterdə yazıb.

“Dünya ABŞ-a gülür, Mao (Tszedun), (Vladimir) Lenin və (İosif) Stalin isə gülümsəyirlər. Texnoloji nəhənglər Prezidenti senzuraya məruz qoya bilərmi? Söz azadlığı ölüdür və güclü solçular tərəfindən idarə olunur”, – kiçik Donald Trampın paylaşımında deyilir.

Prezidentin oğlu sosial şəbəkə administrasiyasının tezliklə onun da hesabını bloklayacaqlarını istisna etməyib.

Gununsesi.info