Günlük yoluxma 800 minə çatdı – ÜST

  • By admin
  • 10 Yanvar 2021 10:25

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 799 mindən çox artıb.

Gununsesi.info “TASS”a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 799 712 nəfər yeni koronavirusa yoluxub, 15 454 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 87 589 206, ölənlərin isə 1 906 606 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Gununsesi.info