Tural Dadaşov final matçını Almaniyadan şərh edəcək

  • Müəllif: ilhame
  • 03 İyul 2024 13:06

İTV-nin şərhçisi Tural Dadaşov AÇ-2024-ün final matçını stadiondan şərh edəcək.

 

Gununsesi.info xəbər verir ki, bu barədə kanalın idman departamentinin direktoru Kənan Hakimov paylaşım edib.

 

O bildirib ki, T.Dadaşov matçın keçiriləcəyi Berlin Olimpiya Stadionunda həlledici matçın şərhçilərindən biri olacaq.

 

Həmçinin kanalın digər əməkdaşları da arenanın kənarında yaradılan zonalarda (pitch side) son məlumatları tamaşaçılara çatdıracaq.

Gununsesi.info