Türk ölkəsində zəlzələ baş verdi

  • Müəllif: Firuzə
  • 12 Sentyabr 2025 12:30

Qırğızıstanın paytaxtı Bişkek şəhərində 4.3 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Qırğızıstan Mərkəzi Seysmologiya İnstitutu məlumat yayıb.

Yerli vaxtla saat 13:57-də (Bakı vaxtı ilə 11:57) baş verən yeraltı təkanların episentri Beş-Kungey kəndindən 1 kilomet aralıda yerləşib.

Dağıntı və tələfatla bağlı məlumat verilməyib.

Gununsesi.info