Ərdoğanın müavini Naxçıvana səfər edəcək

  • Müəllif: Firuzə
  • 12 Sentyabr 2025 12:28

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu Naxçıvana gedir.

Gununsesi.info xəbər verir ki, bu barədə o özünün “X” hesabında yazıb.

“Bu gün Naxçıvan-İğdır xəttində ilk dayanacağımız, Türk Dünyasının strateji mərkəzlərindən biri olan “Türk Qapısı” adlandırdığımız Naxçıvan olacaq. Gələcəkdə Azərbaycan-Türkiyə qardaşlığının bölgədə yaradacağı sülh və rifah mühiti Naxçıvan xəttindən yüksələcək”, – o bildirib.

 

Gununsesi.info