
Türkiyə Polad Günbəz kimi tanınan SIPER-2 hava hücumundan müdafiə sistemini uğurla sınaqdan keçirib.
Gununsesi.info xəbər verir ki, bu barədə NTV telekanalı və Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Gergün məlumat verib.
Məlumata görə, bu layihə ölkənin təhlükəsizliyinə ən böyük investisiyalardan biridir: “SIPER sistemi uzun məsafələr və yüksək hündürlüklərdə effektiv qorunma təmin edərək, polad qalxan kimi millətimizin sərhədlərini tamamilə müstəqil müdafiə etmək məqsədimizi gücləndirir”.
SIPER-2-nin inkişafı üzərində Türkiyənin Aselsan, Roketsan və Tübitak SAGE şirkətləri çalışıb.
Ən son hava hücumundan müdafiə sisteminin qanadlı raketləri, təyyarələri, hava-yer raketlərini, pilotsuz təyyarələri və gələcəkdə ballistik raketləri də məhv edə biləcəyi gözlənilir.
Türkiyə ordusunda ilk SİPER-2 sistemi bu ilin sonuna qədər istifadəyə verilməlidir.
Gununsesi.info