Türkiyə Qara dəniz üzərində nəzarətsiz pilotsuz təyyarəni vurub

Türkiyə Müdafiə Nazirliyi Qara dəniz üzərindən ölkənin hava məkanına yaxınlaşan nəzarətsiz pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini açıqlayıb.

Nazirliyin məlumatına görə, pilotsuz təyyarə aşkar edildikdən sonra Türkiyə və NATO-ya məxsus F-16 qırıcıları hava məkanının təhlükəsizliyini təmin etmək məqsədilə hazırlıq vəziyyətinə gətirilib. Araşdırmalar nəticəsində PUA-nın nəzarətdən çıxdığı müəyyən olunub və təhlükəsiz ərazidə vurulub. Lakin aparatın növü və mənşəyi ilə bağlı əlavə məlumat verilməyib.

Hadisə Türkiyənin ötən həftə Rusiyanın Ukrayna limanlarına hücumlarından sonra Qara dənizdə gərginliyin artması ilə bağlı xəbərdarlıq etməsindən sonra baş verib. Sözügedən hücumlar zamanı Türkiyəyə məxsus üç yük gəmisinin zədələndiyi bildirilmişdi.

Qeyd edək ki, Ukrayna limanlarına hücumlar Moskvanın Kiyevin Qara dənizdə neft ixracı ilə əlaqəli Rusiyaya doğru hərəkət edən üç “kölgə donanması” tankerinə zərər vuran hücumlarından sonra Ukraynanı “dənizdən ayırmaqla” hədələməsindən bir neçə gün sonra həyata keçirilib.

Günay

Gununsesi.info