Türkiyədə zəlzələ oldu

  • Müəllif: Firuzə
  • 14 İyul 2026 23:10

Türkiyənin Kahramanmaraş vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi məlumat yayıb.

Yerli vaxtla saat 21:27-də qeydə alınan yeraltı təkanların episentri Pazarcık rayonunda olub. Zəlzələnin ocağı 8,53 kilometr dərinlikdə yerləşib.

Gununsesi.info