Türkiyə ilə sərhədlərin açılması üçün məqam yetişib – İrəvan

  • Müəllif: Orxan
  • 23 Mart 2026 13:04

Ermənistan-Türkiyə dialoqu iki ölkə arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin tam açılması üçün kifayət qədər yetkindir.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Parlamentin Xarici Əlaqələr Komitəsinin iclasında danışıb.

“Türkiyə-Ermənistan dialoqu davam edən proseslərin tam nəticəyə, yəni iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına və sərhədlərin tam açılmasına gətirib çıxarması üçün lazımi səviyyəyə çatıb. Bu, mübahisəli deyil və biz bunu türk həmkarlarımıza çatdırırıq”,-deyə erməni XİN başçısı bildirib.

Gununsesi.info