Türkiyə müxalifəti yeni media qanununu ləğv etdirmək istəyir

  • By admin
  • 18 Oktyabr 2022 17:30

Bu qanun başqa məhdudiyyətlərlə yanaşı “dezinformasiyanın” yayılmasına görə həbsxana cəzaları nəzərdə tutur

Türkiyənin ana müxalifət partiyası – CHP ölkənin yeni media qanununun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Bu qanun başqa məhdudiyyətlərlə yanaşı “dezinformasiyanın” yayılmasına görə həbsxana cəzaları nəzərdə tutur.

Reuters agentliyi yazır ki, müxalifət qanunu “misli görünməmiş senzura” adlandırıb.

Prezident Recep Tayyip Ərdoğanın hakim AKP partiyası tərəfindən təklif olunmuş bu qanun parlamentdə ötən həftə qəbul olunub.

Respublika Xalq Partiyasının (CHP) lideri Kemal Kılıcdaroğlu öz partiyasından olan millət vəkillərinə deyib ki, CHP oktyabrın 18-də məhkəmədən yeni media qanunun ən mürtəce 29-cu maddəsinin tətbiqinin dərhal qadağan olunmasını xahiş edib.

Gununsesi.info