Türkiyə ordusundan 21 min hərbçi qovulub

  • By admin
  • 31 Avqust 2021 14:57

Türkiyə Ordusundan son 5 ildə 21 mindən çox hərbçi qovulub.

Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan açıqlama verib. O, 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra 4733 hərbçinin həbs olunaraq hazırda cəza çəkdiyini əlavə edib.

Xatırladaq ki, dövlət çevrilişinə cəhddən sonra Türkiyə Baş Qərargahının bir çox səlahiyyətləri Müdafiə Nazirliyinə verilib.

Gununsesi.info