Türkiyə Rusiya üçün mühüm tərəfdaşdır- Peskov

Türkiyə Rusiya üçün mühüm siyasi tərəfdaş, eyni zamanda dost ölkədir.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya” telekanalına müsahibəsində deyib.

“Əlbəttə, Türkiyə bizim üçün dost ölkədir. Türkiyə bizdən ötrü çox mühüm tərəfdaşdır. Özü də həm beynəlxalq siyasət baxımından siyasi məsələlərdə, həm də ticari-iqtisadi əməkdaşlıq baxımından. Bilirik ki, Türkiyə qanunsuz antirusiya sanksiyalara qoşulmayıb, Türkiyə faktiki olaraq suveren, müstəqil xarici siyasət yürüdür”, – deyən Peskov bildirib.

Bununla belə, o, qeyd edib ki, tərəflər arasında bir sıra məsələlərə dair fikir ayrılıqları var. Məsələn, Ukrayna mövzusunu buna nümunə göstərmək olar.

Peskovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin müxtəlif situasiyalarda, o cümlədən taxıl məsələsində Türkiyənin vasitəçilik səylərini yüksək qiymətləndirir. (modern.az)

Gununsesi.info