Türkiyədə ABŞ dolları rekord səviyyədə bahalaşıb. Bu gün qeydə alınan artım ekspertlər tərəfindən “vahim durum” kimi qiymətləndirilib.
Gununsesi.info xəbər verir ki, ötən gün qonşu ölkədə 1 dollar 44,89 lirəyə satılıb. Bu gün 09:00-da isə 1 dollar alıcılara 45,02 türk lirəsinə təklif olunub.
Günün sonuna kimi dolların ən azı 2 tl də bahalaşacağı gözlənilir.
Yerli iqtisadçılar son bir neçə ildə ABD dollarının 24 saat ərzində bu qədər bahalaşdığını xatırlamadıqlarını deyiblər.
Dolların bahalaşmasından sonra ölkədə qiymətlərin yenidən artacağı gözlənilir.












