Türkiyədə koronavirusla bağlı son vəziyyət

  • By admin
  • 24 Oktyabr 2020 21:56

Türkiyədə son sutka ərzində koronavirusdan 69 nəfər dünyasını dəyişib, 2091 nəfər isə virusa yoluxub.

Gununsesi.info xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı  9727-ə, yoluxanların sayı isə 359 784-ə çatıb.

Koronavirusdan sağalanların sayı isə 313 093-yə yüksəlib. Hazırda ağır xəstələrin sayı 1699 nəfər təşkil edir.

Ümumilikdə 13 milyondan çox insan test olunub.

 

 

Gununsesi.info