Türkiyədə prezident seçkiləri mayda ola bilər - ƏRDOĞAN MÜXALİFƏTİ

  • By admin
  • 18 Yanvar 2023 19:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü il seçkisi üçün 14 may tarixinə işarə edib.

Gununsesi.info-nun xəbərinə görə,  Ərdoğan partiyasının qrup toplantısındakı çıxışında “Rəhmətlik Menderes  14 may 1950-ci ildə   “Bəsdir, söz millətdir” ifadəsi ilə seçkiyə daxil olub, böyük səslə çıxıb. “Söz də, qərar da millətindir” deyib. 2023-cü ildə millətimizdən dəstək istəyirik” deyə bildirib.

Türkiyə lideri daha sonra deyib:

“Biz hər seçkidə seçkilərdən qalib çıxmağı bacarmışıq. Bəs bu seçimi digərlərindən nə ilə fərqləndirir? 2002-ci il seçkilərində yaranmasından cəmi 15 ay keçmiş bir partiya olaraq siyasətə yeni səs gətirərək bir addım atdıq. Həyatımızda heç bir seçim asan olmayıb, biz hər seçkiyə mübarizə ilə girmişik. 2023-cü il seçkisinə dünyada baş verən böhranın təsiri və qarşımızda duran çılğın ittifaqın aldatmaları ilə daxil oluruq”.

Ərdoğan çıxışında ölkənin əsas siyasi qüvvələrinin cəmləşdiyi “Altılı Masa”ya da mesaj verib:

“Altılı Masa”  işinə qarışan hər kəsin palçıq siyasəti yarışına başlamasını təəssüflə izləyirik. “Gəl” deyəndə gələcək, “get” deyəndə gedəcək prezidentlərə öyrəşiblər. Onlar prezident haqqında belə düşünürlər.  Onlar gənclərə keçmişdə siyasətin necə aparıldığını göstərirlər”. 

 

Tərcümə:

Elmar