Türkiyəyə skandal şərt: Ərdoğan rədd etdi – Şok iddia

ABŞ ondan F-16 qırıcıları almaq istəyən Türkiyədən Rusiya ilə əlaqələri kəsməsini istəyib. Vaşinqton öz hərbi texnikalarını yalnız ABŞ-ın dəyərlərini daşıyan ölkələrə satacaq.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez deyib.

Senator təyyarənin satışına icazənin verilməsi üçün Ankaraya müəyyən şərtlərin irəli sürüldüyünü bildirib. Bunların arasında Rusiyadan alınmış S-400 hava hücumundan müdafiə sistemlərindən imtina, Yunanıstan adaları üzərində “qanunsuz uçuşlar”ın dayandırılması, Türkiyə hakimiyyəti ilə Moskva arasında sıx əlaqələrə son qoyulması, jurnalist və hüquq müdafiəçilərinin həbsi də daxil olmaqla insan haqlarının pozulmasının qarşısının alınması var.

Mendez qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələlik bunlarla razılaşmış kimi görünmür.

Bundan əvvəl ABŞ Prezidenti Co Bayden türk həmkarına Ankaraya F-16 qırıcılarının tədarükü üçün səy göstərəcəyinə söz verib.

Gununsesi.info