“Twitter” Maskı “100 hesab”a görə İTTİHAM ETDİ

  • By admin
  • 15 May 2022 10:08

“Twitter” hüquqşünasları “SpaceX”in baş direktoru İlon Maskı məlumatların açıqlanmaması müqaviləsini pozmaqda ittiham edib.

Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bu barədə Mask “Facebook” səhifəsində yazıb.

“100 hesabda bot yoxlanışını işə salmaqla onların açıqlanmama müqaviləsini pozduğumdan şikayət etmək üçün “Twitter Legal”dan bir zəng gəldi! Bu, həqiqətən baş verdi”, – şirkət rəhbəri bildirib.

Daha əvvəl Mask “Twitter” sosial şəbəkəsində 100 hesabı yoxlayacağını və onların arasında saxta olanları müəyyən edəcəyini bildirmişdi. O, cümə günü “Twitter” alışının dayandırıldığını elan edib.

Milyarder izah edib ki, o, spam hesabların və saxta hesabların sosial şəbəkə istifadəçilərinin 5%-dən azını təşkil etdiyi barədə təxminləri təsdiqləyən məlumat gözləyir.

Aprelin 25-də “Twitter” rəhbərliyi Maskın şirkəti 44 milyard dollara alacağını açıqlayıb

ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının məlumatına görə, milyarder müqaviləni ləğv etmək qərarına gəlsə, şirkətə 1 milyard dollar cərimə ödəməli olacaq.

“Twitter” təşəbbüs göstərsə, təzminat Maska tərəfindən alınacaq.

Müqavilənin bağlanma tarixi 24 oktyabr 2022-ci il tarixinə təyin edilib.

Gununsesi.info